Zelenski ilə görüşdən sonra Ceyhun Bayramovdan daha bir mühüm addım

06.08.2026

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Azərbaycanın Kiyevdəki səfirliyini ziyarət edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım olunub.

Bildirilib ki, nazir səfirliyin əməkdaşları ilə görüşüb və diplomatik nümayəndəliyin fəaliyyəti barədə ətraflı məlumatlandırılıb. Marqarita pizza

Xatırladaq ki, C. Bayramov Ukraynada rəsmi səfərdədir. O, rəsmi səfəri çərçivəsində İrpen şəhərində olub. C. Bayramov və onun rəhbərlik etdiyi nümayəndə heyəti İrpen şəhərinin mərkəzində yerləşən akademik Zərifə Əliyeva adına parkda olub.

Azərbaycanın XİN rəhbəri ukraynalı həmkarı Andrey Sibiqa ilə Cənubi Qafqaz və Yaxın Şərqdə regional təhlükəsizlik məsələlərini, eləcə də Ukraynada sülhün əldə olunması üzrə səyləri müzakirə edib.

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov ilə görüşdə siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi İqor Klimenko ilə görüşdə regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq perspektivləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

C. Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Volodimir Zelenski tərəfindən qəbul edilib. Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, enerji, nəqliyyat, humanitar əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə edilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью