Zelenski ilə Netanyahu telefonda danışdılar

28.01.2025

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski ilə İsrailin Baş naziri Binyamin Netanyahu arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, bu barədə o , Telegram kanalında yazıb.

“Mən ona Auşvits-Birkenau şəhərinin azad edilməsinin 80-ci ildönümü ilə bağlı tədbirlərdə iştirakım barədə məlumat verdim və Holokost faciəsi ilə əlaqədar baş nazirə və İsrail xalqına başsağlığı verdim”, - deyə Zelenski yazıb.

Bundan əlavə, Ukrayna lideri özünün də qeyd etdiyi kimi, israilli girovların azad edilməsini və onların vətənə qayıtmasını alqışlayıb. Zelenski əlavə edib ki, Netanyahu ilə ABŞ və xüsusilə prezident Donald Trampla münasibətləri ayrıca müzakirə edib.

Türkan İSGƏNDƏRLİ 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью