Zelenski ilk dəfə İrlandiyaya rəsmi səfər edəcək

01.12.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 2-də İrlandiyaya ilk dəfə rəsmi səfər edəcək.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Sky News" İrlandiyanın Baş naziri Mixol Martinə istinadən məlumat yayıb.

"Ukrayna Prezidentini ölkənin birinci xanımı Yelena Zelenskaya müşayiət edəcək. O, M.Martin, İrlandiya Prezidenti Ketrin Konnolli və xarici işlər naziri Helen Makenti ilə görüşəcək", - nəşr bildirib.

Bundan başqa, Zelenski və Martin iki ölkə arasında biznes, ticarət və investisiya əlaqələrinin gücləndirilməsi potensialının müzakirə olunacağı iqtisadi forumda iştirak edəcək.

V.Zelenski bu gün həmçinin Parisə səfər edərək Fransa Prezidenti Emmanuel Makronla danışıqlar aparacaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью