Zelenski İlon Maska çağırış etdi: Ukraynada...

14.10.2026

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Ukrayna prezidenti Volodimir Zelenski İlon Maskı ölkə ərazisində Starlink peyk internet sisteminin fəaliyyətini bərpa etməyə çağırıb.

"Bakupost" xəbər verir ki, Zelenski Londonda Böyük Britaniya rəhbərliyi ilə görüşü zamanı Ukraynanın Starlinkə çıxışında yaranan çətinliklərdən danışıb.

“Bu, böyük səhvdir. Bu, çoxsaylı insan tələfatına səbəb olacaq. Buna görə də İlon Maska müraciətim ondan ibarətdir ki, bunun sadəcə bir səhv olduğuna çox ümid edirəm. Bəlkə də hansısa ciddi texniki problemdir, bilmirəm. Lakin biz sistemin fəaliyyətinin bərpa olunmasını xahiş edirik. Düşünürəm ki, bu, ədalətli və tərəfdaşlığa uyğun addım olardı”, – Zelenski bildirib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью