Zelenski İMTİNA ETDİ: Putinlə görüşməyəcəm, çünki...

19.08.2025

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Zelenski Moskvada Putinlə görüşməkdən imtina edib.

Globalinfo.az xəbər verir ki, bu barədə mənbəyə istinadən AFP məlumat yayıb.

Bildirilir ki, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinin Moskvada danışıqlar aparmaq təklifini rədd edib.

Agentliyin məlumatına görə, bu təşəbbüsü Rusiya lideri ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı səsləndirib.

Mənbə qeyd edib ki, Zelenski imtina qərarını Vaşinqtonda Tramp və Avropa liderləri ilə görüşündə açıqlayıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью