Zelenski İranı vurduğuna görə Trampı təriflədi

23.06.2025

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski İranın nüvə obyektlərinə zərbələr endirdiyinə görə, ABŞ Prezidenti Donald Trampı tərifləyib. Zelenski İranın Rusiyaya "Şahed" dronlarını tədarük etdiyini xatırladıb.
Ukrayna Prezidenti deyib: "Biz hamımız Rusiyanın həmin silahları haradan aldığını gözəl xatırlayırıq. İranın Rusiyanı dəstəkləmək qərarı bizim ölkəmizə və bir çox başqa ölkələrə böyükmiqyaslı dağıntı, olduqca çox sayda insan itkisi gətirdi. Həqiqətən də, buna son qoyulmalıdır".
Zelenski nüvə silahının yayılmasına qarşı olduğunu da bildirib. 
Hürr Tərcüman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью