GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski İrana əks mövqedə dayanaraq Yaxın Şərq ölkələrinə dəstək təkliflərinin hazırlanmasını tapşırıb.
Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Ukrayna Prezidenti Yaxın Şərqdəki vəziyyətlə bağlı xüsusi iclas keçirdiyini açıqlayıb.
Onun sözlərinə görə, müzakirələr regiondakı gərginliyin Ukrayna və tərəfdaş ölkələr üçün yarada biləcəyi risklərə, həmçinin Kiyevin Fars körfəzi dövlətlərinə mümkün dəstək imkanlarına həsr olunub.
Zelenski bildirib ki, Ukrayna mülki əhalinin qorunmasına, münaqişələrin genişlənməsinin qarşısının alınmasına və qlobal bazarların sabitləşdirilməsinə töhfə verə bilər.
Prezident xarici işlər nazirinə kəşfiyyat xidməti, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik və Müdafiə Şurasının nümayəndələri ilə birlikdə region ölkələrinə mümkün dəstək mexanizmləri barədə konkret təkliflər hazırlamağı tapşırıb.
Tahir Turan
Globalinfo.az