Zelenski İranla bağlı sərt mövqe tutmaqla, Qərbin gündəmi ilə uzlaşır və ABŞ ilə strateji uyğunlaşmağa çalışır

24.01.2026

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Ukrayna Prezidenti Volodimir Zelenski müraciətində bildirib ki, hazırda çoxsaylı etirazların keçirildiyi İranda rejim dəyişikliyinə ehtiyac var. "Biz İranla bağlı mövqeyi dəstəkləyirik - illərdir orada olan və bu qədər insanı öldürən rejim mövcud olmağa layiq deyil. Dəyişikliklərə ehtiyac var. Avropada da dəyişikliklərə ehtiyac var: Rusiyanın başlatdığı və təkbaşına Rusiyanın davam etdirdiyi qan tökülməsinə son qoyulmalıdır", - deyə Zelenski bildirib.

İranın xarici işlər naziri Abbas Əraqçi Ukrayna prezidenti Volodimir Zelenskinin ölkənin daxili işlərinə müdaxilə çağırışına cavab olaraq bildirib ki, dünya ordusu tamamilə xarici muzdlulardan və digər ölkələrin köməyindən asılı olan "səriştəsiz təlxəklərdən" bezib.

Ukrayna lideri Davosdakı çıxışı zamanı bildirib ki, onun fikrincə, dünya son etirazlar zamanı İran xalqına kifayət qədər kömək göstərməyib. "Əgər rejim sağ qalarsa, hər bir xuliqana aydın bir mesaj göndərəcək: kifayət qədər insanı öldürün və hakimiyyətdə qalacaqsınız", - deyə Zelenski vurğulayıb.

Əraqçi öz növbəsində Zelenskinin açıqlamasını ABŞ-ın İrana qarşı BMT Nizamnaməsini pozaraq təcavüzünə açıq çağırış adlandırıb və onu Amerika və Avropa diplomatlarının köməyi ilə "korrupsiyaçı generallarının ciblərini doldurmaqda" günahlandırıb.

Politoloq Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Zelenskinin bu çıxışında bir neçə paralel məqsəd var və onlar bir-birini tamamlayır.

Anar İsayev

İran–Ukrayna xətti

Politoloqun fikrincə, burada emosional yox, konkret təhlükəsizlik motivləri əsasdır: “Şahed dronları – İran istehsalı olan bu PUA-lar Ukraynanın şəhərlərinə, enerji infrastrukturuna qarşı istifadə olunur. Kiyev üçün İran artıq “uzaq Yaxın Şərq ölkəsi” deyil, müharibənin faktiki iştirakçısıdır.Rusiya–İran müttəfiqliyi – hərbi-texniki əməkdaşlıq, ehtimal olunan raket və PUA transferləri Ukraynanın mövqeyini daha da sərtləşdirir.Həmçinin 2020-ci ildə Ukraynanın mülki təyyarəsinin İran tərəfindən vurulması və sonradan məsuliyyətdən yayınması Kiyevdə İran rejiminə qarşı dərin etimadsızlıq yaradıb.Yəni Zelenskinin İran rejiminə münasibəti situativ yox, yığılıb qalan ziddiyyətlərin nəticəsidir”.

ABŞ və Qərbə “biz eyni cəbhədəyik” mesajı

Anar İsayev qeyd edib ki, burada geosiyasi mesaj elementi açıq şəkildə var: “ABŞ və Aİ üçün İran – sanksiyalı, problemli, avtoritar rejimdir. Zelenski İranla bağlı sərt mövqe tutmaqla özünü Qərbin dəyər və təhlükəsizlik gündəmi ilə tam uzlaşdırır. Xüsusən, ABŞ-də Ukraynaya yardımla bağlı daxili müzakirələr fonunda bu tip çıxışlar Kiyevin “doğru tərəfdə” olduğunu xatırladır. Bu, “xoş görünmək”dən çox strateji uyğunlaşmadır”.

Daxili auditoriya və qlobal narrativ

Anar İsayev vurğulayıb ki, Zelenski uzun müddətdir müharibəni "demokratiya–avtoritarizm qarşıdurması” kimi təqdim edir.

“İran etirazları bu narrativə ideal şəkildə oturur. “Bizi bombalayan dronlar yalnız Rusiyanın deyil, avtoritar blokun məhsuludur” mesajı verilir”-deyən Anar İsayev bildirib ki, Ukrayna öz müharibəsini regional yox, qlobal mübarizə kimi çərçivələyir.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью