Zelenski: İstanbulda danışıqlar bu gün və ya sabah keçirilə bilər

15.05.2025

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna İstanbulda danışıqların vaxtı ilə bağlı ABŞ və Türkiyədən aydın siqnallar gözləyir.
“Report”un məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada Türkiyə Prezidenti ilə danışıqların yekunları üzrə keçirilən mətbuat konfransında bildirib.
"Biz danışıqların vaxtı və tarixi ilə bağlı ABŞ və Türkiyədən olan həmkarlarımızdan aydın siqnallar gözləyirik. Danışıqlar bu gün və ya sabah baş tuta bilər", - Zelenski qeyd edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью