Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Ukraynada müharibə bitdikdən sonra ölkəni idarə etmək kimi planım yoxdur”.
Missiya.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Axios”a müsahibəsi zamanı deyib.
“Mənim məqsədim seçkiləri davam etdirmək yox, müharibəni bitirməkdir”, - deyə siyasətçi vurğulayıb.
Zelenski atəşkəs əldə olunarsa, Ukrayna parlamentindən seçkilərin təşkilini xahiş edəcəyinə də söz verib.
Onun sözlərinə görə, təhlükəsizlik vəziyyəti və ölkə konstitusiyası müəyyən problemlər yaradır, lakin o, seçkilərin mümkün olduğuna inanır.
Daşqın Həsənov
Missiya.Az