Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniya Baş naziri Endi Börnhemlə söhbətində Ukraynanın “atəşkəsin istənilən variantına” hazır olduğunu bildirib.
Axar.az xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.
“Starlink” və kəşfiyyat məlumatları ilə bağlı məsələləri müzakirə etmək istəyirəm”, – deyə prezident əlavə edib. O, görünür, ABŞ Prezidenti Donald Trampı və onun administrasiyasını nəzərdə tutub.
Prezident qeyd edib ki, Ukrayna kütləvi hücumlarla üzləşir və təəssüf ki, müəyyən çətinliklər yaranır.
Zelenski, ehtimal ki, ABŞ-ı nəzərdə tutaraq, Ukraynanın tərəfdaşlarından belə “sürprizlər” gözləmədiyini də vurğulayıb.
“Problem ondadır ki, tərəfdaşlıq çərçivəsində heç gözləmədiyin müxtəlif sürprizlər ortaya çıxır. Biz isə ABŞ-la tərəfdaşlığa ümid edirik. Sadəcə, mümkün qədər dürüst və açıq olmaq, eyni zamanda etibarlı tərəfdaş olaraq qalmaq istəyirik”, – deyə o bildirib.
Nəşrin məlumatına görə, Zelenskinin bu açıqlamasından əvvəl Endi Börnhem ona Böyük Britaniyanın Ukraynaya Britaniya istehsalı olan hava hücumundan müdafiə sistemlərinin tədarükünü sürətləndirdiyini bildirib.