Zelenski Kanadada səfərdədir

10.09.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Ukrayna Prezidenti Vladimir Zelenski və Birinci xanım Yelena Zelenskaya 9-11 sentyabr 2026-cı il tarixlərində Kanadada səfərdə olacaqlar. Bu barədə Kanada Baş nazirinin mətbuat xidməti məlumat verib.

Xəbəri “Anadolu” yayıb. 

Məlumatda deyilir: “Bu səfər Kanadanın Ukraynaya dəstəyində davamlı liderliyini vurğulayır, ölkənin ədalətli və davamlı sülhə nail olmaq üçün sarsılmaz öhdəliyini əks etdirir".

Orada deyilir ki, prezident və birinci xanım Kalqari, Toronto və Nort Beydə keçiriləcək tədbirlərdə iştirak edəcəklər.

Zelenski həmçinin Banffda keçiriləcək Nazirlər Kabinetinin Planlaşdırma Forumunda hökumət üzvləri qarşısında çıxış edəcək.

Səfərin gündəliyi Kanada və Ukrayna arasında ortaq prioritetlərə, o cümlədən müdafiə, iqtisadiyyat və enerji sahələrində əməkdaşlığın dərinləşdirilməsinə yönəlib. Rusiyanın Ukraynaya qarşı müharibəsinin humanitar nəticələri və iki ölkə xalqları arasında sıx əlaqələrin daha da gücləndirilməsi də müzakirə olunacaq.

Kanada Ukraynanın müdafiəsini, bərpasını və yenidən qurulmasını dəstəkləməyə qətiyyətlə sadiqdir", - deyə bəyanatda vurğulanır.

P.ƏMİRCANOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью