Zelenski Kanadanın Baş naziri ilə DANIŞDI

04.11.2024

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Ukrayna Prezidenti Volodimir Zelenski Kanadanın Baş naziri Castin Trüdoya telefonla zəng edib.

Redaktor.az xəbər verir ki, bu barədə dövlət başçısı özünün "Telegram" kanalında məlumat yayıb.

“Biz ikinci “Sülh Sammiti”nin təşkili və Qlobal Cənub ölkələrinin bu işə cəlb edilməsi üzrə gələcək əməkdaşlığı müzakirə etdik. Bundan əlavə, Baş nazir Kanadanın Ukrayna üçün sifariş etdiyi ilk NASAMS hava hücumundan müdafiə sisteminin göndərildiyini açıqladı. Biz onu bu ilin sonuna qədər alacağımızı gözləyirik”, – Zelenski yazıb.

Seymur BƏNNAYEV 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью