Zelenski Kelloqla görüşdü

14.07.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidentinin Ukrayna və Rusiya məsələləri üzrə xüsusi elçisi Keyt Kelloqla görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Qeyd edək ki, Kelloq bu gün Ukraynanın paytaxtı Kiyevə səfər edib. Ukrayna tərəfinin məlumatına görə, danışıqlar müdafiə, təhlükəsizliyin gücləndirilməsi, silah tədarükü, sanksiya siyasəti, əhalinin müdafiəsi, həmçinin Ukrayna-ABŞ əməkdaşlığının genişləndirilməsi məsələlərinə yönələcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью