Zelenski: Kiyevdə axtarış xilasetmə əməliyyatları davam edir

03.07.2026

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın son günlər Krivoy Roq, Xarkov, Xerson və Sumı vilayətlərinə hücumlar həyata keçirdiyini, Kiyevdə isə raket zərbələrindən sonra axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini bildirib.

Turkustan.az xəbər verir ki, dövlət başçısı bu barədə "Telegram" hesabında paylaşım edib.

Zelenskinin sözlərinə görə, xilasedicilər paytaxtda hücuma məruz qalan üç ərazidə dağıntıların böyük hissəsini təmizləsələr də, hələ də 10 nəfərlə əlaqə saxlamaq mümkün olmayıb.

"Xilasetmə işləri lazım olduğu qədər davam edəcək. Hazırkı məlumata əsasən, Kiyevə edilən son hücum nəticəsində 30 nəfər həlak olub. Həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Təxminən 100 nəfər yaralanıb, onların arasında uşaqlar da var", – deyə Zelenski qeyd edib.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью