Zelenski Kiyevdə Kelloqla görüşdü

22.08.2026

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kit Kelloq arasında görüş keçirilib.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Zelenski Kelloqa avropalı tərəfdaşlarla raket əleyhinə müdafiə sisteminin yaradılması istiqamətində aparılan işlər barədə məlumat verib.

O, həmçinin Kiyevin ABŞ-dan “Patriot” sistemləri üçün raketlər almağa hazır olduğunu xatırladıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью