Zelenski: Kramatorska endirilən zərbənin cavabını verəcəyik

08.10.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

30-dan çox insanın həlak olduğu və 18 nəfərin yaralandığı Kramatorska endirilən Rusiya zərbəsi Ukrayna tərəfindən cavabsız qalmayacaq.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Facebook"da dərc olunan paylaşımında yazıb.

Onun sözlərinə görə, Rusiya iki marşrut avtobusuna zərbə endirib.

Prezident vurğulayıb ki, alınan xəsarətlərin ağırlığı səbəbindən həlak olanların bir hissəsinin şəxsiyyətini hələ də müəyyən etmək mümkün olmayıb. Həmçinin yaşayış evləri və avtomobillər zədələnib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью