Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın təcavüzünə cavab olaraq Ukraynanın başqa əməliyyatlar da keçirəcəyini bildirib.
Bizim.Media xəbər verir ki, Zelenski Krım körpüsünə endirilən zərbəni şərh edərkən bu barədə danışıb.
“Bu cür əməliyyatlar ədalət naminə həyata keçirilir. Rusiya apardığı müharibənin nəticələrini hiss etməlidir”, – deyə Ukrayna Prezidenti vurğulayıb.
Zelenski digər açıqlamalarında SAFE proqramı çərçivəsində istifadə olunmamış 21 milyard avro vəsaitin qaldığını xatırladıb. Onun sözlərinə görə, bu vəsait Ukrayna ilə birgə layihələrə yönəldilməlidir.
“Bu vəsaitin sərəncamımızda olub, Ukraynanın və ümumi Avropa gələcəyimizin müdafiəsi üçün istifadə edilməməsi düzgün olmazdı”, – deyə o bildirib.
Ukrayna lideri əlavə edib ki, Avropa Kiyevə yalnız ballistik raketlərə qarşı istifadə olunan ələkeçirici raketlərin tədarükü ilə deyil, həm də Rusiyanı geri çəkilməyə və gərginliyi azaltmağa məcbur edə biləcək raketlərin verilməsi ilə kömək edə bilər.
Bizim.Media