Zelenski liderləri tənqid etdi: Onlar nə edəcəyini bilmir!

23.01.2026

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Ukrayna Prezidenti Vladimir Zelenski dünən Davosda keçirilən Dünya İqtisadi Forumunda verdiyi açıqlamada Avropa liderlərini hədəfə alaraq onları "Qrenlandiya rejimində" olduqlarına görə tənqid edib.
Turkustan.az xəbər verir ki, AB liderlərini ABŞ prezidenti Donald Trampdan təlimat gözləməkdə günahlandıran Zelenski, "Avropa hələ də Qrenlandiya rejimindədir: Bəlkə kimsə haradasa nəsə edəcək" dedi və davam etdi:
"Hamının diqqəti Qrenlandiyaya yönəlib. Və aydındır ki, əksər liderlər nə edəcəklərini bilmirlər. Əgər Qrenlandiyaya 30 və ya 40 əsgər göndərsəniz, bunun nə xeyri var? Bu, Putinə hansı mesajı verir? Çinə hansı mesajı verir? Və daha da əhəmiyyətlisi, ən yaxın müttəfiqiniz Danimarkaya hansı mesajı verir?"

"Əgər Rusiya hərbi gəmiləri Qrenlandiya ətrafında sərbəst gəzirsə, Ukrayna kömək edə bilər; bu gəmilərin heç birinin qalmamasını təmin etmək üçün təcrübəmiz və silahlarımız var. Onlar Krım yaxınlığında olduğu kimi, Qrenlandiya yaxınlığında da batırıla bilər."
Zelenski deyib: “Keçən il Davosda çıxışımı “Avropa özünü necə müdafiə edəcəyini bilməlidir” sözləri ilə başa vurdum. Bir il keçib və heç nə dəyişməyib”.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью