Zelenski Lukaşenkonun əsəblərini sınağa çəkir

26.01.2026

Azvision saytına istinadən Icma.az xəbər verir.

AzVision.az bildirir ki, Svetlana Tixanovskaya bu barədə öz Telegram-kanalında paylaşımda məlumat verib.
Tixanovskaya Ukrayna prezidentinə demokratik Belarusa verdiyi dəstəyə görə təşəkkür edib. Müxalifət lideri həmçinin Belarusda siyasi məhbusların azad edilməsi prosesində göstərdikləri köməyə görə Zelenskiyə və onun administrasiyasına minnətdarlığını bildirib.
Keçən ilin sonunda Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ-nin bəzi sanksiyalarının ləğvi müqabilində siyasi cinayətlərdə təqsirli bilinən 123 nəfəri azad edib.
Eyni zamanda, siyasi məhbusların əksəriyyəti, o cümlədən, tanınmış siyasətçilər Aleksandr Babariko və Mariya Kolesnikova, həmçinin Nobel mükafatı laureatı Ales Bialyatski Belarusdan Ukraynaya aparılıb.
Xatırladaq ki, Polşa və Litva prezidentləri ilə görüşmək ümün Volodimir Zelenski yancvarın 25-də Vilnüsə gəlib.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью