Zelenski Lukaşenkoya Putini də götürüb Kiyevə gəlməyi təklif edib

25.11.2026

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Ukrayna prezidenti Volodimir Zelenski Belarus prezidenti Aleksandr Lukaşenkoya Rusiya prezidenti Vladimir Putini də özü ilə götürərək Kiyevə gəlməyi təklif edib.

APA xəbər verir ki, Zelenski bu təklifi Lukaşenkonun Putinlə danışıqlar aparmaq üçün onu Moskvaya aparmağa hazır olduğunu bildirməsinə cavab olaraq səsləndirib.

“Qoy Lukaşenko Putini də götürüb Kiyevə gəlsin. Biz onların təhlükəsiz şəkildə qarşılanacağına zəmanət veririk. Axı bu, danışıqlardır”, – deyə Zelenski bildirib.

Qeyd edək ki, bundan əvvəl Lukaşenko Zelenskini Putinin iştirakı ilə danışıqlar aparmaq üçün Moskvaya müşayiət edə biləcəyini deyib. O, səfər zamanı Ukrayna prezidentinin təhlükəsizliyinə təminat verməyə hazır olduğunu bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью