Zelenski: Macarıstan, Slovakiya, ABŞ və Almaniya Ukraynanı NATO da görmək istəmir Doğru Xəbərlər

16.01.2025

Icma.az, Dogru.az portalına istinadən məlumat yayır.

Vladimir Zelenski Macarıstan, Almaniya, Slovakiya və ABŞ-ın Ukraynanın Şimali Atlantika Alyansına daxil olmasına qarşı olduğunu bildirib.

O, bunu Böyük Britaniyanın baş naziri Key Starmerlə keçirdiyi mətbuat konfransında deyib.

“ABŞ, Macarıstan, Slovakiya, Almaniya. Onlar səmimi idilər, bizi NATO-da görmək istəmirdilər”.

Onun sözlərinə görə, hər bir dövlətin “öz səbəbləri” var.

Bundan əvvəl Vladimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Sergey Leşşenko Ukraynanın Qərbi Almaniya prinsipinə uyğun olaraq NATO-ya üzv olmağa hazır olduğunu etiraf edib.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью