Zelenski Makronla danışdı: Mirajlar tezliklə çatdırılacaq!

29.11.2024

Icma.az bildirir, Axar.az portalına istinadən.

Fransa “Miraj” qırıcılarının Ukraynaya təhvil verilməsi prosesini sürətləndirəcək.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronla söhbətindən sonra deyib.

“Prezident Emmanuel Makronla məhsuldar söhbət etdim, Fransanın Ukraynanın hava hücumundan müdafiə sisteminin təcili gücləndirilməsinə kömək etmək istəyinə, eləcə də hərtərəfli müdafiə dəstəyinə və “Miraj” təyyarələrinin təhvil verilməsi prosesini sürətləndirdiyinə görə təşəkkür etdim”, - deyə o bildirib.

Zelenskinin sözlərinə görə, Fransa Ukraynanın üzləşdiyi çətinlikləri anlayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью