Zelenski Makronla “dəhşətli müharibə”yə son qoyulmasını müzakirə edib

16.09.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Ukrayna Prezidenti Vladimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün mümkün addımları müzakirə edib. Zelenski bu barədə özünün Telegram kanalında məlumat verib.

Xəbəri “Anadolu” yayıb. 

O, Makronu Ukraynanın beynəlxalq tərəfdaşlarla əlaqələri barədə məlumatlandırdığını və onunla “Rusiya ilə dəhşətli müharibə”nin qarşısını almağa kömək edə biləcək əlavə addımları müzakirə etdiyini söyləyib.

Liderlər həmçinin ikitərəfli məsələləri də müzakirə ediblər. Zelenski Fransanın dəstəyini yüksək qiymətləndirdiyini vurğulayıb.

Ukrayna prezidenti əlavə edib ki, Makronla BMT Baş Assambleyasının iclası çərçivəsində tezliklə görüşmək barədə razılığa gəlib.

P.ƏMİRCANOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью