Zelenski Makronla görüşmək niyyətindədir

13.02.2026

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukrayna Prezidenti Vladimir Zelenski 13-15 fevral tarixlərində keçiriləcək Münhen Təhlükəsizlik Konfransında Emmanuel Makron və digər Avropa rəsmiləri ilə görüşməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna lideri Avropanın "Politico" nəşrinə açıqlama verib.

Zelenski bildirib ki, tədbirdə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsinin vacibliyini vurğulayacaq və PUA istehsalını maliyyələşdirmək üçün silah ixracının qurulması səylərini müzakirə edəcək. O həmçinin Makron və digər Avropa rəsmiləri ilə görüşlərdə silah təchizatının artırılmasını tələb etməyi planlaşdırır.

Prezident qeyd edib: “Biz çoxsaylı birgə layihələrə başlamağa hazırıq. Həmçinin şəxsən müzakirə etməyi ümid etdiyim bir neçə yardım paketi var və tərəfdaşlarla əlaqə qurmalıyam”. Nəşr əlavə edir ki, Zelenski bu görüşdən həm Rusiyaya qarşı təzyiqi artırmaq, həm də Avropa ilə birlik nümayiş etdirmək məqsədilə istifadə edəcək.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью