Zelenski Məhəmməd bin Salmanla Məkkə sazişini müzakirə edib

10.08.2026

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla Türkiyə və Pakistanla olan Məkkə sazişini, həmçinin bununla bağlı perspektivləri müzakirə edib.

Bu barədə Ukrayna lideri "X" sosial şəbəkəsində yazıb.

Zelenski bu söhbəti məzmunlu adlandıraraq, təhlükəsizliyin möhkəmləndirilməsi üçün Ukraynanın dostları və tərəfdaşları ilə demək olar ki, hər gün əlaqə saxladığını qeyd edib.

"Elə sahələr var ki, orada Ukrayna və Səudiyyə Ərəbistanı həyatın və insanların qorunması üzrə bir-birinin imkanlarını gücləndirə bilər", - o yazıb.

Tərəflər Ukrayna və Səudiyyə Ərəbistanı arasında dronlarla bağlı razılaşma çərçivəsində yaxın vaxtlarda atmaq niyyətində olduqları addımları müzakirə ediblər.

"Vəliəhd şahzadə Səudiyyə Ərəbistanının Türkiyə və Pakistanla razılaşmaları, onlarla bağlı perspektivlər barədə danışıb. Ölkələrimizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfəsini artırmaq üçün mövqelərimizi və gələcək təmaslarımızı razılaşdırdıq. Bu, qlobal ehtiyacdır", - Ukrayna Prezidenti vurğulayıb. /"Report" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью