Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasını yeniləyib

26.01.2026

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna prezidenti Vladimir Zelenski Respublika Milli Təhlükəsizlik və Müdafiə Şurasının tərkibini yeniləyən fərman imzalayıb.

Reyting.az xəbər verir ki, V. Zelenski Ukrayna Konstitusiyasının 107-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq, Milli Təhlükəsizlik və Müdafiə Şurasına yeni üzvləri təsdiqləyib.

Sənəddə qeyd olunur ki, Ukrayna baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal və Ukraynanın Müdafiə naziri Mixaylo Fyodorov Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvü təsdiq ediliblər.

Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş sədri Vasili Malyuk Milli Təhlükəsizlik Şurasından çıxarılıb.

E. KAMAL


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью