GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
“Kiyevin Rusiya ilə birbaşa dialoqu yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, danışıqlar yalnız ABŞ vasitəsilə aparılır:
“Onlar sanki, Rusiya tərəfini təmsil edirlər”.
Zelenski qeyd edib ki, Vaşinqton Moskvanın siqnalları, tələbləri, addımları və hazırlığı barədə Kiyevlə əlaqə saxlayır.
Bundan əlavə, Ukrayna və ABŞ Rusiyanın mövqeyinə cavab verməklə yanaşı, ikitərəfli münasibətlər və təhlükəsizlik zəmanətlərini də müzakirə edirlər.
Əliyar Xəlil
Globalinfo.az