GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın təzyiqi altında Moskvaya gedə bilər”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
“Oval kabinetə fəlakətli səfərdən sonra Zelenski taktikasını dəyişdi. İndi o, Trampın dediklərinə qulaq asır”, – deyə bildirilib.
Bundan əvvəl Donald Tramp bildirib ki, Putin və Zelenski hazırda sülhə hazır deyillər.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Donald Trampla telefon danışığı zamanı Zelenski ilə Moskvada görüşməyi təklif etmişdi.
Əliyar Xəlil Globalinfo.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.