Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər etməyəcəyini bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə Zelenski media nümayəndələri ilə söhbəti zamanı vurğulayıb.
"Mənim [Rusiya Prezidenti Vladimir] Putinlə Moskvada görüşməyim, şübhəsiz ki, mümkün deyil", – deyə Ukrayna lideri vurğulayıb.
Daha əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Zelenskinin Moskvaya dəvət olunduğunu təsdiqləmişdi.