Zelenski müdafiə naziri postuna namizədini elan etdi

14.07.2025

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Ukraynanın hazırkı baş naziri Şmıqal istefa verdikdən sonra müdafiə naziri postunu tutacaq.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat verib.

"Denis Şmıqalın böyük təcrübəsi Ukraynanın müdafiə naziri vəzifəsində mütləq faydalı olacaq - ölkənin hazırda maksimum resursları məhz bu sahədədir", - deyə Zelenski yazıb.

Şmıqalı Ukraynanın baş naziri postunda Ukraynanın iqtisadiyyat naziri Yuliya Svırıdenko əvəz edəcək.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью