Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin müdafiə planının yeni strukturunu təsdiqləyib.
Turkustan.az xəbər verir ki, müvafiq 96/2026 nömrəli fərman dövlət başçısının saytında dərc edilib.
Müdafiə planının strukturu rəsmi istifadə üçün məlumat kimi müəyyən edilir.
Qeyd edildiyi kimi, Ukrayna Prezidentinin 3 mart 2020-ci il tarixli 61/2020 nömrəli " Ukraynanın Müdafiə Planının Strukturu haqqında" fərmanı və "Rəsmi istifadə üçün" işarəsi olan iki sənəd etibarsız hesab edilib.
Nazirlər Kabinetinə tapşırılır ki, müəyyən edilmiş qaydada Ukrayna Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin və Milli Bankın iştirakı ilə 96/2026 nömrəli Fərmanla təsdiq edilmiş strukturla Ukrayna üçün müdafiə planının hazırlanmasını təmin etsin və onu Milli Təhlükəsizlik və Müdafiə Şurasına təqdim etsin.
Aytən Yaşar/ Turkustan.az