Zelenski müharibə bitdikdən sonra postunu tərk etməyə hazır olduğunu bildirib

25.09.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibə bitəndən sonra postunu tərk etməyə hazır olduğunu deyib.

APA xəbər verir ki, o, bu barədə “Axios”a müsahibəsində danışıb.

Zelenski jurnalistin “Putinin atəşkəslə bağlı razılığa gələcəyi təqdirdə, Ukraynada seçkilərin keçirilməsini təmin edəcəksiniz?” sualına “bəli” deyə cavab verib.

“Müharibəni bitirsək, mən getməyə hazıram. Mənim məqsədim müharibəni bitirməkdir”, - Ukrayna lideri müharibə bitəndən sonra vəzifədən getməyə hazır olub-olmadığı barədə suala cavabında qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью