Zelenski: Müharibə bitəndən sonra gedəcəyəm, Kremldəkilər sığınacaq axtarsın

25.09.2025

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna prezidenti Volodimir Zelenski "Axios Show" ilə müsahibəsində müharibə sona çatdıqdan sonra vəzifəsindən getməyə hazır olduğunu bildirdi.

Bizimyol.info xəbər verir ki, o, sülh dövründə ölkəni idarə etməyi düşünmədiyini vurğulayıb və atəşkəs razılaşması əldə edildikdə, Ali Radanın seçkilərin keçirilməsi üçün qərar qəbul etməsini təklif edəcəyini bildirib.

Zelenski müharibə bitdikdən sonra missiyasını yerinə yetirdiyini hesab edib-etmədiyinə dair suala cavabında: "Bəli, mən istefaya getməyə hazıram", - deyib.

Ukrayna lideri həmçinin ABŞ prezidenti Donald Trampdan, Rusiyanın enerji infrastrukturu və silah istehsal zavodları kimi hədəflərə zərbələr endirmək məsələsində açıq dəstək aldığını qeyd edib. Zelenski: "Əgər ABŞ Ukraynaya uzaq məsafədən vurulan silahlar verərsə, biz onları istifadə edəcəyik", - deyə qeyd edib.

Prezident, Rusiyanı bir daha müharibəni dayandırmağa çağırıb. Əgər bu, baş verməzsə, Zelenski Kremldə çalışan rəsmi şəxslərə artıq indidən sığınacaq axtarmağa başlamalarını tövsiyə edib. "Əgər müharibəni dayandırmasanız, onda əmin olun ki, yaxınlıqda harada sığınacaq olduğunu öyrənməli olacaqsınız", – deyə Ukrayna prezidenti rusiyalı məmurlara müraciətlə deyib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью