Zelenski: Müharibədən sonra Ukraynaya ilk Fransa və Britaniya qoşunları gələcək

05.04.2025

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Ukrayna prezidenti Vladimir Zelenski brifinq zamanı deyib ki, fransız qoşunları Ukraynada müharibədən sonra təhlükəsizliyi təmin edəcək “ilklər sırasında” olacaq.

Bizimyol.info xəbər verir ki, o, həmçinin bildirib ki, kontingentdə fransızlarla yanaşı, ingilis qoşunları da yer alacaq.

“Mən tam əminəm ki, Fransa və Britaniya qoşunları birincilər arasında olacaq”, - deyə prezident vurğulayıb.

Prezident bu ölkələrdən kontingentin dəqiq nə vaxt gələcəyini hələ deyə bilməyəcəyinə də aydınlıq gətirib. “Bu qoşunları nə vaxt gətiriləcəyi və hansı miqdarda olacağını indi deyə bilmərəm, bu, zamanında bizim razılaşmamız əsasında olcaq”, - deyə Zelenski bildirib.

Qeyd edək ki, Qərb mediası daha əvvəl yazmışdı ki, Fransa və Britaniya ABŞ-dan müdafiə zəmanəti almadan qoşun göndərməyə hazır deyillər, bunu hələ Donald Tramp təmin etmir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью