Zelenski müharibənin başa çatması üçün buna da razıdır

11.02.2025

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Ukrayna Prezidenti Vladimir Zelenski müharibənin başa çatması üçün Rusiya ilə ərazi mübadiləsini istisna etməyib.

"Ölkə.az" xəbər verir ki, bu barədə o, “The Guardian“a müsahibəsində danışıb.

V. Zelenski deyib ki, D. Tramp tərəfləri danışıqlar masasına gətirməyə nail olsa, ölkəsi Kurskun Ukrayna ordusunun nəzarətindəki ərazilərinin mübadiləsini təklif edə bilər:

“Biz bir ərazini digəri ilə dəyişə bilərik. Hələ ki, dəqiq bilmirəm. Bütün ərazilərimiz bizim üçün önəmlidir. Bunda hər hansı prioritet yoxdur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью