Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna-Rusiya münaqişəsinin 2027-ci ilin əvvəlindən gec olmayaraq bitəcəyinə ümid edir.
Reyting.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti “France 2” telekanalına müsahibəsində danışıb.
"Ümid edirəm ki, bir ildən az müddətdə sülh əldə olunacaq", - o qeyd edib.
Qeyd edək ki, bu gün Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında danışıqlar davam etdiriləcək. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTX) katibi Rustem Umerov əvvəlki görüşü “məhsuldar və məzmunlu” adlandırıb.
E. KAMAL