Zelenski: Münaqişənin sona çatması hələ çox uzaqdır

03.03.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığın əldə edilməsi hələ çox uzaqdadır.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniyanı tərk etməzdən əvvəl jurnalistlərə deyib.

Eyni zamanda, o, ABŞ-la nadir torpaq metallarının çıxarılmasına dair müqavilə imzalamağa hələ də hazır olduğunu bildirib.

Zelenski Kiyevin Vaşinqtonla konstruktiv münasibətləri bərpa edə biləcəyinə əmin olduğunu vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью