Zelenski müraciət yaydı: “Raketlər öz sözünü deyəcək”. | Icma.az
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir. “Raketlər öz sözünü deyəcək”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodmir Zelenski Qərb ölkələrinin Rusiyaya uzaqmənzilli silahları ilə zərbə endirmək icazəsini təsdiqləməsindən sona söylədyib.
“Ukraynanın qələbə planının əsas məqamlarından biri onun ordusunun uzaqmənzilli olmasıdır”,-deyə ölkə Prezidenti V.
Zelenski “Telegram” kanalında yayımladığı videomüraciətdə bildirib: “Bu gün mediada çoxları deyir ki, biz müvafiq tədbirlər görmək üçün icazə almışıq.
Amma zərbələr sözlə olmur. Belə şeylər açıqlanmır. Raketlər özləri danışacaq.
Mütləq!” Noyabrın 17-də “The New York Times” qəzeti yazıb ki, ABŞ Prezidenti Co Bayden Rusiyaya zərbə endirmək üçün Amerikanın uzaqmənzilli ATACMS raketlərinin istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarına gəlib.
“Le Figaro” yazıb ki, “Storm Shadow” və SCALP raketləri ilə bağlı oxşar qərarlar Böyük Britaniya və Fransa tərəfindən verilib.
Reuters agentliyinin məlumatına görə, Ukrayna yaxın günlərdə Rusiyaya uzaqmənzilli silahlarla zərbələr endirməyi planlaşdırır.
Tam oxu
Xəbəri oxu