Zelenski NATO nun baş katibi ilə görüşdü

15.02.2025

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Münhen konfransı çərçivəsində NATO-nun baş katibi Mark Rütte ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ofisi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Kiyevin artilleriya ehtiyacları müzakirə edilib.

Zelenski Mark Rütte ilə görüşdə Ukraynada münaqişəyə son qoymaq üçün əsas şərtlərdən birinin təhlükəsizlik zəmanəti olduğunu vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью