Zelenski NATO nun baş katibi ilə telefon danışığı aparıb

05.08.2026

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun baş katibi Mark Rütte ilə Ukraynaya hava hücumundan müdafiəni gücləndirmək üçün raketlərin tədarükü məsələsini müzakirə edib.

Modern.az xəbər verir ki, Zelenski bu barədə "Telegram"da məlumat verib.

Onun sözlərinə görə, NATO-nun baş katibi təhdidlər barədə yaxşı məlumatlıdır.

Eyni zamanda, tərəflər lazımi raketlərə və kömək etmək qabiliyyətinə malik ölkələrlə bağlı fəaliyyətləri əlaqələndiriblər.

"Bütün bürokratiyanı aradan qaldırmaq və lazımi siyasi qərarlar qəbul etmək vacibdir. Ukraynadakı insanların həyatı, sözün əsl mənasında, hər gün Avropa və Amerikadakı tərəfdaşların qətiyyətindən asılıdır", - deyə dövlət başçısı vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью