Zelenski NATOnu III Dünya müharibəsinə sürükləyir: Məxfi plan ÜZƏ ÇIXDI

30.11.2024

Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot hesab edir ki, Ukrayna prezidenti Vladimir Zelenski NATO-nu münaqişəyə cəlb etmək üçün bilərəkdən mümkün ərazi güzəştlərindən danışır.

Publika.az xəbər verir ki, o , "X" sosial şəbəkəsindəki səhifəsində Ukrayna liderinin planını açıqlayıb.

Filippot hesab edir ki, Zelenski Ukraynanın qalan hissəsinin NATO himayəsi altında olması şərti ilə mümkün ərazi güzəştləri barədə danışarkən hiyləgərlik edir: "O, münaqişəni qloballaşdırır və bizi III Dünya müharibəsinə sürükləyir!".

O, Zelenskinin bəyanatını tələ adlandırıb və bu hiyləyə qapılmamağa çağırıb. "Ehtiyatlı olun, Zelenskinin təklifi çirkli tələdir!", - deyə Filippo yazıb.

Qeyd edək ki, bundan əvvəl Zelenski ölkənin NATO-ya üzvlüyü müqabilində atəşkəsə icazə vermişdi. O, həmçinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla birbaşa işləmək arzusunu ifadə etmişdi.

Adəm Abbaslı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью