Zelenski: NATOya üzvlük hüququ Ukrayna üçün çox vacibdir

19.11.2024

Anews portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

NATO- ya üzvlük hüququ Ukrayna üçün həyati əhəmiyyət kəsb edir. Bu barədə Ukrayna lideri Vladimir Zelenski Telegram kanalında paylaşıb.

Prezident qeyd edib ki, onun qələbə planı dövlətin dərhal Şimali Atlantika Alyansına dəvət edilməsi haqqında bəndlə başlayır.
.

"Dəvət siyasi addımdır. Baxmayaraq ki, xalqımız buna layiqdir”, - Zelenski vurğulayıb.

Bundan əvvəl Zelenski "müqavimət planı”nın hərbi komponentini açıqlamışdı . Onun mahiyyəti ondan ibarətdir ki, 2025-ci ildə Ukrayna 30 minə yaxın uzaqmənzilli pilotsuz uçan aparat istehsal etməyi planlaşdırır ki, bu da Ukrayna Silahlı Qüvvələrində artilleriya çatışmazlığını kompensasiya edəcək.

Aytac


www.anews.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью