Zelenski NATOya üzvlüklə bağlı şərtini açıqladı

11.12.2024

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, rəsmi Kiyev NATO-ya bütün ərazisi ilə birgə dəvət almalıdır.

Bakupost.az xəbər verir ki, bu barədə Amerikanın CBN News kanalı məlumat yayıb.

Təhlükəsizlik təminatlarından danışan Zelenski bildirib ki, yeganə mövcud və işlək model NATO çətiri altında olmaq və hərbi bloka dəvət almaqdır. Eyni zamanda, o qeyd edib ki, Ukraynanın münaqişə bitmədən Şimal Atlantik Alyansına üzv olma ehtimalı azdır.

“Ancaq əgər biz müharibəni bitirmək istəyiriksə, bu dəvət Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bütün ərazisinə yönəldilməlidir,” – deyə Zelenski vurğulayıb.

Lalə Novruz, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью