Icma.az bildirir, Tribuna portalına istinadən. “Moskvaya görünməmiş dron hücumunun səbəbi Kiyevin tələsməsidir.
Zelenski müharibədə dönüş etməyə çalışır. Bilir ki, 2 ay qalıb və Tramp yanvardan sonra hazırkı dəstəyi azalda bilər”.
Bu fikirləri Tribunainfo.az-a siyasi təhlilçi Ramiyə Məmmədova deyib.
Onun fikrincə, Moskvaya hücum nəyisə dəyişmir, lakin Ukrayna müttəfiqlərinə öz gücünü göstərir ki, onu dəstəkləsinlər.
Ekspert tezliklə atəşkəs olacağını gözləmir. Bununla belə ehtimal edir ki, Tramp gəldikdə danışıqlar prosesi başlasın: “Müharibə gedə-gedə d
Amerika prezidenti Rusiyadan hansısa güzəştlər almalıdır ki, Kiyevi də razı sala bilsin.
Yəni yalnız bir tərəfin xeyrinə atəşkəs ola bilməz. Axı Ukrayna uduzmur, bəli, ərazisi işğaldadır, amma böyük ölçüdə məğlubiyyət də yoxdur,
Burada ağ bayraq qaldırılması mümkün deyil. Ona görə Tramp konsensus tapmalıdır. Əgər Rusiya 4 regiondan çıxsa, nəticə sayıla bilər”.