Zelenski Norveçdən əlavə 4,1 milyard dollar istəyir

22.10.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna ilin sonuna qədər 3,5 milyard avro maliyyə çatışmazlığı ilə üzləşəcək və xarici tərəfdaşlarından yardım gözləyir.

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vlodomir Zelenski deyib.

O, Norveçin paytaxtı Osloda jurnalistlərə bildirib ki, ilin bütün problemli məsələlərini və büdcə kəsirlərini bağlamaq vacibdir. Belə ki, 3,5 milyard avro və ya 4,1 milyard dollar kəsir qalır.

Onun sözlərinə görə, Ukraynanın büdcə kəsirini ödəmək üçün əlavə maliyyələşdirmə məsələsi Norveç rəsmiləri ilə danışıqlar zamanı müzakirə olunub. 

Zelenski xarici tərəfdaşların ölkəsinə kömək edəcəyinə ümid etdiyini bildirib.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью