Icma.az bildirir, Sherg.az portalına istinadən.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və ABŞ ilə gələn həftə keçiriləcək yeni danışıqlar raunduna hazır olduğunu təsdiqləyib.
Teleqraf xəbər verir ki, o, Telegram-da yazıb: "Gələn görüşdə müzakirə olunacaq məsələlərin siyahısı müəyyən edilib. Əgər onlar irəliləməyə hazırdırlarsa, növbəti görüş, ehtimal ki, gələn həftə keçiriləcək. Tərəflər iki gün ərzində bir çox məsələləri müzakirə edə biliblər. Danışıqlar konstruktiv keçib".
Qeyd edək ki, yanvarın 23-də Əbu-Dabidə üçtərəfli təhlükəsizlik məsləhətləşmələri keçirilib. Danışıqların yeni mərhələsinin gələn həftə Əbu-Dabidə keçiriləcəyi qeyd olunur.