Zelenski: Növbəti görüşlər ABŞ də keçirilə bilər

05.02.2026

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqların növbəti mərhələləri ABŞ-də keçirilə bilər.

Gununsesi.info xəbər verir ki, bunu Prezident Volodimir Zelenski Telegram-da dərc etdiyi axşam müraciətində bildirib.

“İndiyə qədər deyilənlərə əsasən, yaxın gələcəkdə əlavə görüşlər planlaşdırılır. Çox güman ki, Amerikada”, – deyə Zelenski əlavə edib.

Onun sözlərinə görə, Ukrayna sülhü yaxınlaşdıra biləcək bütün iş formatlarına hazırdır. Eyni zamanda, siyasətçi bildirib ki, münaqişə Rusiyanın “mükafat almadığı” şəkildə başa çatmalıdır.

Zelenski iddia edir ki, bu, əsl təhlükəsizliyi təmin edən əsas prinsiplərdən biridir.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью