Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Amerikalı jurnalist Taker Karlson Ukrayna Prezidenti Vladimir Zelenskini ölkəsini satmaqda ittiham edib.
Teleqraf.com xəbər verir ki, o, Ukrayna liderini “Qərbin qulluqçusu” adlandırıb.
“Zelenski o qədər də nüfuzlu deyil, çünki o, ölkəsini satmış Qərb güclərinin qulluqçusudur. Ukraynalılar onun (müharibədən sonra) varlandığını və ölkənin bütün rəhbərliyinin bunu etdiyini yaxşı bilirlər”, - Karlson deyib.
Jurnalistin iddiasına görə, Zelenski diktator tərifinə uyğundur.
Karlson əlavə edib ki, Ukraynaya edilən yardım ABŞ-nin milli maraqlarına zərər verir.