Bizim media saytına istinadən Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski Ruslan Kravçenkonu respublikanın baş prokuroru vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb.
Bizim.Media xəbər verir ki, sənəd Ukrayna liderinin rəsmi saytında dərc olunub.
"Kravçenko Ruslan Andriyeviç baş prokuror vəzifəsindən azad edilsin", — deyə sənəddə qeyd olunub.
Bu fərmandan bir neçə saat əvvəl Ukrayna Ali Radasının deputatları Kravçenkonu istefaya göndərmək üçün səsvermə keçiriblər. Baş prokurorun vəzifəsindən azad olunmasının lehinə 340 xalq deputatından 317-si səs verib. Digər 23 nəfər isə səsvermədə iştirak etməyib. Ukrayna liderinin bu sərəncamının əleyhinə çıxan və ya bitərəf qalan olmayıb.
Kravçenko öz istefasını Milli Anti-Korrupsiya Bürosu (NABU) və Xüsusi Anti-Korrupsiya Prokurorluğunun (SAP) "Karfagen" xüsusi əməliyyatı çərçivəsində onun və tabeliyindəki əməkdaşların ofislərində axtarış aparmasından qısa müddət sonra elan etmişdi.
Bununla yanaşı, o, NABU-nun rəhbəri Semyon Krivonosa qarşı müxtəlif cinayət ittihamları irəli sürmüşdü. Sonradan Baş Prokurorluq bu ittihamların ləğv edildiyini bəyan etsə də, Kravçenko özü rəsmi ezamiyyət adı altında beş günlüyə Parisə yollanmışdı.
Artıq xaricdə olan məmur bir sıra video müraciətlər qeyd edərək Krivonosa qarşı cinayət məsuliyyəti yaradan yeni ittihamlar irəli sürüb.
Bizim.Media